Rumıniya və Bolqarıstanda NATO təlimləri başlanıb

A- A A+

Rumıniya və Bolqarıstanda NATO-nun “Dacian Fall 2025" çoxmillətli hərbi təlimlərinə start verilib.

NUHÇIXAN xəbər verir ki, Rumıniya Radiosunun yaydığı məlumata görə, təlimlərdə NATO-ya üzv 10 dövlətdən – Belçika, Bolqarıstan, İspaniya, İtaliya, Lüksemburq, Polşa, Portuqaliya, Rumıniya, Şimali Makedoniya və Fransadan 5 mindən çox hərbçi və 1200-dən artıq hərbi texnika iştirak edir.

NATO-nun “Cənub-Şərq” çoxmillətli diviziya komandanlığı tərəfindən planlaşdırılan təlimlər oktyabrın 20-dən noyabrın 13-dək davam edəcək.

Qeyd edək ki, NATO-nun “Cənub-Şərq” çoxmillətli diviziya komandanlığı 2015-ci il sentyabrın 1-də yaradılıb və onun əsas vəzifəsi alyansın cənub-şərq cinahında, xüsusilə Rumıniya və Bolqarıstan ərazisində kollektiv müdafiə əməliyyatlarının koordinasiyasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: