Volodimir Zelenski ABŞ və Rusiya liderlərinin görüşəcəyi yeri tənqid edib

A- A A+

Hesab etmirəm ki, Budapeşt ABŞ və Rusiya liderlərinin Ukraynadakı vəziyyəti müzakirə edəcəyi ən yaxşı məkandır... Çünki orada söhbət Ukraynada sülhün bərqərar olmasından gedəcək, Macarıstanda keçirilən seçkilərdən yox.

NUHÇIXAN xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə ABŞ və Rusiya liderləri Donald Trampla Vladimir Putinin Budapeştdə keçiriləcək görüşünə münasibət bildirərkən deyib.

Ukrayna lideri əlavə edib ki, belə görüş üçün digər layiqli məkanlar mövcuddur. Onların arasında İsveçrə, Avstriya, Vatikan, Səudiyyə Ərəbistanı, Qatar və Türkiyə kimi ölkələr var.

Volodimir Zelenski, həmçinin vurğulayıb ki, Macarıstanın Baş naziri ukraynalılar üçün heç bir müsbət addım ata bilməz.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: