Ermənistanın ikinci ən böyük şəhəri Gümrünün meri Vardan Qukasyan və şəhər meriyasının yeddi əməkdaşı Anti-Korrupsiya Komitəsində aparılan cinayət işi çərçivəsində saxlanılıblar.
NUHÇIXAN xəbər verir ki, səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinin və Ermənistan Baş Prokurorluğunun İstintaq Komitəsinin əməkdaşları meriyanın binasına daxil olaraq meri və bir neçə yüksək vəzifəli məmuru həbs ediblər.
Komitənin mətbuat xidmətinin məlumatına görə, Gümrü meri və şəhərin baş memarı ilə bağlı rüşvət faktları üzrə cinayət işləri başlanıb.
2025-ci ilin aprelində Gümrü şəhərinin meri seçilən Vardan Qukasyan hazırkı hakimiyyətə qarşı müxalif mövqeyi ilə tanınır. O, Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətini ölkəni “Türkiyənin vilayətinə” çevirməyə çalışmaqda ittiham edib.