Britaniyada və beynəlxalq miqyasda onlarla internet xidməti, tətbiq və veb-saytın fəaliyyətinində nasazlıq yaranıb

A- A A+

Dünyanın aparıcı bulud xidməti provayderlərindən biri olan “Amazon Web Services” (AWS) sistemində baş verən texniki nasazlıq nəticəsində Böyük Britaniyada və beynəlxalq miqyasda onlarla internet xidməti, tətbiq və veb-sayt fəaliyyətini dayandırıb.

NUHÇIXAN xəbər verir ki, hadisə bazar ertəsi səhəri saatlarında qeydə alınıb.

“Snapchat”, “Ring”, “Roblox”, “Fortnite”, “Duolingo”, “Canva”, “Signal”, eləcə də “Lloyds Bank”, “Halifax Bank” və HMRC kimi hökumət xidmətləri daxil olmaqla bir çox platformalar bu nasazlıqdan təsirlənib.

“DownDetector” izləmə saytına görə, təkcə "Snapchat" üzrə 5 mindən çox nasazlıq şikayəti daxil olub. AWS şirkəti rəsmi açıqlamasında bildirib ki, problemin aradan qaldırılması və əsas səbəbin müəyyənləşdirilməsi üzərində fəal şəkildə işləyirlər.

Bundan əlavə, “Amazon”un öz xidmətləri olan “Alexa” və “Prime Video” da fəaliyyətində fasilələrlə üzləşib. AWS bildirib ki, nasazlıq ABŞ-ın şərq sahilində yerləşən "US-East-1" məlumat mərkəzlərində yaranıb. Bu region bir çox beynəlxalq veb-xidmətlər üçün əsas infrastruktur hesab olunur.

AWS-in 2021-ci ilin sonlarında baş verən oxşar nasazlığı təxminən 12 saat davam etmiş və “Amazon”un öz çatdırılma xidmətlərini də dayandırmışdı.

AWS hazırda dünyanın ən böyük bulud hesablama şirkəti sayılır və ondan minlərlə veb-sayt və tətbiq bundan istifadə edir. Buna görə də belə bir texniki problem qlobal miqyasda internet xidmətlərinə ciddi təsir göstərir. Hazırda "Amazon" mühəndisləri nasazlığın miqyasını qiymətləndirir və xidmətlərin mərhələli şəkildə bərpası üzərində işləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: