Şahzadə Endryu barəsində istintaq başlana bilər

A- A A+

Böyük Britaniya Şahzadəsi Endryu kral ailəsinin üzvü kimi polis istintaqına cəlb oluna bilər.

NUHÇIXAN “The Telegraph”a istinadla xəbər verir ki, buna səbəb yeniyetməlik dövründə ona qarşı cinsi zorakılıq ittihamı irəli sürən Virciniya Cuffri haqqında ləkələyici məlumat toplamaq cəhdi iddialarıdır. İddiaya görə, Şahzadə özünün dövlət hesabına maliyyələşdirilən mühafizəçisindən V. Cuffrinin doğum tarixi və sosial təminat nömrəsini əldə edərək onun barəsində məlumat toplamağı istəyib. Mətbuata sızan elektron məktuba əsasən Endryu daha sonra mərhum Kraliça II Elizabetin o vaxtkı mətbuat katibi Ed Perkinsə bu barədə məlumat verib və mühafizə zabitlərindən birinə V. Cuffrinin keçmişi ilə bağlı məlumat tapmağı tapşırdığını bildirib.

Bundan əlavə, Şahzadə Endryu V. Cuffrinin sosial təminat nömrəsini onun icazəsi olmadan paylaşdığına görə Amerika Birləşmiş Ştatlarında (ABŞ) da cinayət istintaqı ilə üzləşə bilər. ABŞ-da məşhur pedofil Cefri Epşteyn işində zərərçəkmiş doqquz şəxsi təmsil etmiş vəkil Spencer Kuvin bildirib ki, bu əməl ciddi cinayət sayılır və 15 ilədək həbs cəzası ilə nəticələnə bilər. “Bu cür məlumatların icazəsiz ötürülməsi və ya istifadəsi həm ABŞ sosial təminat qanununa, həm də məxfiliklə bağlı digər federal qanunlara ziddir. İndiyə qədər açıqlanan faktlar göstərir ki, şahzadə hər iki qanunu pozmuş ola bilər”,- deyə vəkil qeyd edib.

O əlavə edib ki, dərhal Şahzadə Endryunun hərəkətləri ilə bağlı istintaq başlanılmalı və ondan ifadə alılmalıdır: “Həm ABŞ, həm də Böyük Britaniya hakimiyyət orqanları bu şəxsi müdafiə etməməli, onu məsuliyyətə cəlb etməlidirlər. Ədalət prinsipi hər kəs üçün eyni olmalıdır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: