Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp və Kolumbiya Prezidenti Qustavo Petro arasında artan gərginlik fonunda Kolumbiya ABŞ-dakı səfirini geri çağırıb.

NUHÇIXAN-ın məlumatına görə, Kolumbiyanın Xarici İşlər Nazirliyi səfir Daniel Qarsiya Pena Caramillonun artıq Boqotada olduğunu açıqlayıb.

Qeyd edək ki, sentyabrın 16-da ABŞ-ın narkotik daşıdığı deyilən qayığa zərbə endirməsindən sonra Kolumbiya Prezidenti Trampı vətəndaşını öldürməkdə ittiham edib. Daha sonra Donald Trampın Petronu “qanunsuz narkotik lideri” və “dəli” adlandırması gərginliyi daha da artırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: