Herintsalama Rajaonarivelo keçid dövrü üçün Madaqaskarın Baş naziri təyin edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Orange" portalı müvəqqəti prezident Maykl Randrianirina administrasiyasının kommünikesinə istinadən məlumat yayıb.
Daha əvvəl hakimiyyəti ələ keçirmiş hərbçilərin kollegial idarəetmə orqanı - İslahatlar üzrə Prezident Şurası yaratdığı xəbər verilmişdi.
Oktyabrın 17-də Ali Konstitusiya Məhkəməsi Madaqaskar Silahlı Qüvvələrinin polkovniki Maykl Randrianirinin müvəqqəti prezident təyinatını təsdiqləyib.