Papa Leo ilə Nikol Paşinyanın görüşündə Cənubi Qafqazda davamlı sülhün vacibliyindən bəhs olunub

A- A A+

Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, görüşdə Cənubi Qafqazda sabit və davamlı sülhə olan ehtiyaca diqqət yetirilib.

Nikol Paşinyan Vatikanın dövlət katibi kardinal Pietro Parolin və Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager ilə də görüşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: