ABŞ administrasiyası Birləşmiş Ştatların Dövlət katibi Marko Rubio ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun planlaşdırılan görüşünü təxirə salıb.
NUHÇIXAN xəbər verir ki, CNN telekompaniyasının məlumatına görə, bu qərar onların arasında baş tutan telefon danışığından sonra Rusiya tərəfinin Ukrayna münaqişəsi ilə bağlı güzəştlərə hazır olmadığı qənaətinə gəlinməsindən sonra verilib.
Telekanalın mənbələrinin sözlərinə görə, amerikalı rəsmilər Rusiyanın mövqeyinin hələ də sərt və maksimalist xəttə əsaslandığını bildiriblər. Bu səbəbdən Marko Rubio gələn həftə ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında planlaşdırılan görüşün keçirilməsini tövsiyə etməyəcək.
Yaxın günlərdə Marko Rubio və Sergey Lavrov arasında daha bir telefon danışığının baş tutacağı gözlənilir.