Fransanın sabiq Prezidenti həbsxanaya salınıb

A- A A+

Oktyabrın 21-də səhər Fransanın sabiq Prezidenti Nikola Sarkozi Parisin 14-cü bölgəsində, Senanın sol sahilində yerləşən La Sante həbsxanasına gəlib.

NUHÇIXAN xəbər verir ki, Sarkozi Fransanın müharibədən sonrakı tarixində penitensiar müəssisədə saxlanılacaq ilk prezident olub.

Sentyabrın 25-də sabiq dövlət başçısı Liviya kampaniyasının maliyyələşdirilməsi işində “cinayətkar qruplaşmada şəriklik” ittihamı üzrə təqsirli bilinib, lakin dövlət vəsaitlərinin mənimsənilməsini gizlətmək və passiv korrupsiya maddələrində bəraət alıb. Məhkəmə 2007-ci il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsinə dair heç bir sübut tapmayıB, amma Sarkozini 5 il həbs cəzasına məhkum edib.

Sarkozi “Le Figaro” qəzetinə müsahibəsində özü ilə Aleksandr Düma-atanın ikicildlik “Qraf Monte-Kristo” və Jan-Kristian Petitfisin “İsa: Məsihin həyatı” kitablarını götürəcəyini açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: