Niderland sənədsiz miqrantları Uqandaya deportasiya etmək istəyir

A- A A+

Niderlandda sığınacaq verilməyən miqrantların Uqandaya göndərilməsi məqsədilə bu ölkədə tranzit mərkəzinin yaradılmasını nəzərdə tutan pilot layihə 2026-cı ildə işə salına bilər.

NUHÇIXAN xəbər verir ki, bu barədə Niderlandın miqrasiya və sığınacaq məsələləri üzrə naziri, xarici işlər naziri David van Vil “The Financial Times” qəzetinə müsahibəsində deyib. Nazirin sözlərinə görə, hazırda ölkədə sığınacaqların verilməsi üzrə sistem mövcud olsa da, çox sayda insan hüquqi əsasları olmadığı halda, ölkədə qalmağa davam edir. Sığınacaq verilməyən şəxs könüllü şəkildə ölkədən çıxmasa, Uqandaya deportasiya ediləcək.

Tranzit mərkəzinə Afrika regionundan və Uqanda ilə qonşu ölkələrdən gəlmiş şəxslərin göndəriləcəyi nəzərdə tutulub.

David van Vil vurğulayıb ki, bu təşəbbüs ABŞ-ın həmin ölkə ilə bağladığı oxşar sazişdən əsaslı şəkildə fərqlənir. Belə ki, layihədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya Təşkilatı iştirak edəcək və mərkəzin fəaliyyəti monitorinq altında olacaq.

Uqandanın Xarici İşlər Nazirliyi isə öz növbəsində ölkəsinin yalnız məhkumluğu olmayan, siyasi hərəkatlarda iştirak etməyən və Afrika mənşəli şəxsləri qəbul etməyə hazır olduğunu vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: