Çinin cənubundakı Haynan adasının əsas 3 limanında “Fenşen” qasırğası ilə əlaqədar fəaliyyət dayandırılıb.
NUHÇIXAN xəbər verir ki, ilin 24-cü qasırğası olan “Fenşen”in adaya, habelə Çinin digər cənub bölgələrinə güclü külək və aramsız yağıntı gətirəcəyi gözlənilir. Bu səbəbdən Haynanın 3 limanının fəaliyyətinə oktyabrın 23-dək fasilə verilib.
Meteorologiya xidməti şərqə doğru saatda 20-25 kilometr sürətlə hərəkət edən qasırğanın törədə biləcəyi fəsadlarla əlaqədar xəbərdarlıq edib. Haynan adasında bəzi qatar səfərləri də təxirə salınıb. Quandon əyalətində də qabaqlayıcı tədbirlər görülür. Balıqçı qayıqları sahilə çağırılıb, dənizdəki iş yerlərində olan işçilər təxliyə ediliblər.