Misirin neft şirkəti Əlcəzairdə 1 milyard dollarlıq layihə həyata keçirəcək

A- A A+

Misirin “Petrojet” şirkəti Əlcəzairdə yerləşən “Hasi biir rakayiz” yatağının ikinci mərhələsinin inkişaf layihəsi üzrə baş podratçı müqaviləsi çərçivəsində 1,087 milyard dollar məbləğində layihə həyata keçirəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Misirin neft naziri Kərim Bədəvi yerli mətbuata açıqlaması zamanı deyib.

Nazir qeyd edib ki, nazirlik hazırda altıncı strateji istiqamət üzərində işləyir: “Bu istiqamət sektor şirkətlərinin potensialından istifadə edərək Misir xaricində, xüsusilə ərəb və Afrika ölkələrində iri layihələrin icrasına imkan verən regional əməkdaşlığın gücləndirilməsinə yönəlib”.

Layihə çərçivəsində gündə 31 min 500 barel istehsal gücündə emal zavodunun və onunla əlaqəli infrastrukturun, o cümlədən 217 kilometr uzunluğunda boru kəmərlərinin inşası nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: