Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya-ABŞ Sammitinin dəqiq tarixi bilinmir.
NUHÇIXAN xəbər verir ki, Peskovun sözlərinə görə, tərəflər prezidentlər arasında görüşün zəruriliyini dərk edirlər, lakin “dəqiqləşdirilməyən nəyisə təxirə salmaq olmaz”. “Nə Prezident Tramp, nə də Prezident Putin dəqiq tarix açıqlamayıblar. Ciddi hazırlıq lazımdır. Siz həm Amerika, həm də bizim tərəfimizdən bunun vaxt apara biləcəyi ilə bağlı bəyanatları eşitmisiniz. Buna görə də ilkin olaraq dəqiq tarixlər təyin olunmayıb”, - deyə Kreml nümayəndəsi qeyd edib.
Rusiya Prezidentinin mətbuat katibi onu da əlavə edib ki, Budapeştdə planlaşdırılan Rusiya-ABŞ Sammiti ilə bağlı təkliflər onun effektivliyi baxımından “meqafon” rejimində səsləndirilə bilməz. “Xeyr, təbii ki, təkliflərin səsləndirilməsi belə bir “meqafon” rejimində ola bilməz. Bu proses, onun özü və effektivliyi baxımından kifayət qədər məxfi olmalıdır”, - deyə Peskov bildirib.