Volodimir Zelenski: Ukrayna bir daha müharibəni dayandırmağa hazırdır

A- A A+

“Təmas xəttində atəşkəsi təmin etməklə Ukrayna Rusiya ilə sülh danışıqlarına başlamağa hazırdır. Lakin Moskva dialoq istəmir”.

NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Prezident qeyd edib ki, Ukrayna və onun tərəfdaşlarının diplomatiya ilə bağlı mövqeləri üst-üstə düşür. Xüsusilə, Ukrayna bir daha müharibəni dayandırmağa hazır olduğunu bildirib.

Sülhün əldə olunması məsələsi Zelenskinin ABŞ Prezidenti Donald Trampla görüşündə qaldırılıb.

“Cəbhə xətti diplomatiyanın başlanğıcı ola bilər. Rusiya yenə də diplomatiyadan çəkinmək üçün əlindən gələni edir”, - Zelenski qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: