Litva Belarusla sərhəddəki keçid məntəqələrini bağlayıb

A- A A+

Litva hakimiyyəti qaçaqmalçıların ölkənin hava məkanına daxil olmasından sonra Belarusla sərhəddəki keçid məntəqələrini bağlayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Litvanın Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas məlumat verib.

Onun sözlərinə görə, sərhədin bağlanması qərarı Vilnüs Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa etdikdən sonra ləğv ediləcək.

Qeyd edək ki, sərhəddən qaçaqmalçılıq yolu ilə malların keçirilməsi üçün hava şarlarından istifadə edildiyinə görə Litva paytaxtında hava limanının fəaliyyəti dayandırılıb. Uçuşlar aeronaviqasiya xidmətinin növbəti xəbərdarlığına qədər həyata keçirilməyəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: