Norveç Ukraynaya 100 milyon dollar ayıracaq

A- A A+

Norveçin Baş naziri Yonas Qar Styore bildirib ki, Oslo Ukraynaya elektrik enerjisi və istilik təminatı üçün əlavə 98,3 milyon dollar ayırır.

NUHÇIXAN-ın Ukrayna KİV-inə istinadən məlumatına görə, Baş nazir bunu Osloda Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı deyib.

"Görüş zamanı mən Norveçin 2026-cı ilə qədər Ukraynanın dəstəklənməsi ilə bağlı planlarını təqdim etdim. İnanıram ki, Ukraynaya dəstək güclü qalacaq", - Baş nazir vurğulayıb.

O, əlavə edib ki, Norveç Ukraynaya "güclü dəstək" göstərir və buna davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: