Türkiyədə bir gündə 780-dən çox qanunsuz miqrant saxlanılıb

A- A A+

Türkiyə Daxili İşlər Nazirliyinin ölkə ərazisində keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində son sutka ərzində 783 qeyri-qanuni miqrant saxlanılıb. Eyni zamanda, qanunsuz miqrasiya və miqrant alveri ilə məşğul olan 169 şəxs barədə hüquqi tədbirlər görülüb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazirin sözlərinə görə, əməliyyat çərçivəsində ölkə üzrə 6897 ictimai yerdə sənəd yoxlaması aparılıb. Bu tədbirlərə 27 347 hüquq-mühafizə orqanı əməkdaşı cəlb olunub.

“Ümumilikdə 430 454 şəxsin sənədləri yoxlanılıb. 457 avtobus və qatar vağzalında yoxlamalar xüsusi nəzarət altında həyata keçirilib”, – deyə A.Yerlikaya bildirib.

Nazir vurğulayıb ki, ölkənin 81 vilayətində aparılan əməliyyatlar insan hüquqlarına hörmət prinsipləri və qanunun aliliyi çərçivəsində həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: