Böyük Britaniya monarxı Kral III Çarlz və Kraliça Kamilla bu gün Vatikanda Papa XIV Leo ilə görüşüblər.
NUHÇIXAN xəbər verir ki, sonra Kral və Papa XIV Leo birgə ibadət mərasimində iştirak edəcəklər. Sikstin kapellasında baş tutacaq mərasimdə Katolik və Anqlikan din xadimləri, eləcə də Krallıq və Vatikan xorları bir araya gələcək. Bununla da Kral Çarlz XVI əsrdəki islahat dövründən bəri bir Papa ilə birlikdə dua edən ilk Britaniya monarxı olacaq.
Kral Çarlz uzun illərdir müxtəlif dinlər arasında körpü qurulmasının tərəfdarı kimi tanınır. Onun bu səfəri həm Vatikan, həm də London tərəfindən dinlərarası dialoqa töhfə kimi dəyərləndirilir.