İsrail İordan çayının Qərb sahilini ilhaq etməyə çalışarsa, ABŞ-nin bütün dəstəyini itirəcək.
NUHÇIXAN "The Times of Israel"ə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu "Time" jurnalına müsahibəsində bildirib.
Məlumata görə, Trampa İsrail koalisiyasının Qərb sahilini tam və ya qismən ilhaq etmək istəyən üzvləri barədə sual verilib.
"Bu baş verməyəcək. Çünki mən ərəb ölkələrinə söz vermişəm. İndi belə etmək olmaz. Ərəblərin bizə dəstəyi böyük idi. Əgər bu baş versə, İsrail ABŞ-nin bütün dəstəyini itirəcək", – o qeyd edib.