Hindistan ABŞ Prezidenti Donald Trampın tələbi ilə Rusiya neftinin idxalını azaldıb.
NUHÇIXAN-ın xəbərinə görə, bu barədə cümə axşamı Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinq zamanı bildirib.
"Biz bilirik ki, Hindistan Prezidentin (Rusiyadan neft alışını azaltmaq - red.) xahişi ilə eyni şeyi edib. Prezident həmçinin Avropa ölkələrini, müttəfiqlərimizi Rusiya neftini almağı dayandırmağa çağırır", - o deyib.
Daha əvvəl "Reuters" agentliyi mənbələrə istinadən xəbər verib ki, Hindistanın neft emalı zavodları ABŞ-nin Rusiyanın iki aparıcı istehsalçısına qarşı yeni sanksiyalarına uyğun olaraq həmin ölkə neftinin idxalını kəskin azaltmağa hazırdır.
