Bu gün İrlandiyada prezident seçkiləri keçirilir.
NUHÇIXAN İrlandiya televiziyasına istinadla xəbər verir ki, ölkədə 5500-dən çox seçki məntəqəsi fəaliyyət göstərir və səsvermə yerli vaxtla saat 22:00-dək (Bakı vaxtı ilə 01:00) davam edəcək.
İrlandiyada təxminən 3,6 milyon insan səsvermə hüququna malikdir. Onlar iki namizəd - Fine Gel (Liberal-Mühafizəkarlar) partiyasının namizədi Hizer Hemfris və müstəqil namizəd Ketrin Konnolli arasında seçim edəcəklər. Fianna Fayl (Respublikaçılar) partiyasının namizədi Cim Hevinin adı da səsvermə bülletenindədir. Lakin o, seçkiqabağı kampaniya zamanı namizədliyini geri götürüb.
Seçki qutuları şənbə günü səhər saat 9:00-da (Bakı vaxtı ilə 12:00) açılacaq və bundan sonra səslərin hesablanmasına başlanılacaq.
