Si Cinpin Cənubi Koreyaya dövlət səfəri edəcək

A- A A+

Çin Xalq Respublikasının Sədri Si Cinpin oktyabrın 30-dan noyabrın 1-dək Cənubi Koreyada dövlət səfərində olacaq.

NUHÇIXAN xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Çin Lideri Cənubi Koreya Prezidenti Li Cemyönin dəvəti ilə baş tutacaq səfər çərçivəsində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (APEC) ölkələri liderlərinin 31 oktyabr - 1 noyabr tarixlərində Kyoncu şəhərində keçiriləcək sammitində də iştirak edəcək.

Qeyd edək ki, Ağ Ev ABŞ Prezidenti Donald Trampın APEC sammiti çərçivəsində oktyabrın 30-da Çin Lideri ilə görüşəcəyi barədə məlumat yayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: