Prezident Ərdoğan: “Eurofighter”lərin tədarükü Türkiyə HHQ-in gücünü artıracaq

A- A A+

“Eurofighter” qırıcı təyyarələrinin tədarükü Türkiyə HHQ-in gücünü artıracaq. Bir sıra texniki məsələlərin razılaşdırılmasını nəzərdə tutan danışıqlar prosesi müsbət istiqamətdə gedir.

NUHÇIXAN-ın məlumatına görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bunu üç ərəb ölkəsinə - Küveyt, Qətər və Omana səfəri zamanı onu müşayiət edən jurnalistlərlə söhbətində bildirib.

Türkiyə liderinin sözlərinə görə, bu məsələ Qətər və Oman hakimiyyəti ilə danışıqlar zamanı da müzakirə olunub. Məsələ Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən əlaqələndirilir.

Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) 19 oktyabrda keçirilən prezident seçkilərinin nəticələrini şərh edən siyasətçi qeyd edib ki, Ankaranın Şimali Kiprlə bağlı “şübhəli və ya mənfi mövqe” tutmasına əsas yoxdur. "Bunlar çox vacib seçkilər idi. Biz Kipr türklərinin iradəsinə hörmətlə yanaşırıq", - deyə Ərdoğan əmin edib. O, əlavə edib ki, Ankara Şimali Kiprdə keçirilən seçkilərin qalibini təbrik edib.

O, həmçinin Ankaranın dəstəyi ilə ŞKTC-də həyata keçirilən çoxsaylı layihələri xatırladıb.

Ərdoğan Ankara-Lefkoşa dialoqunun ŞKTC-nin yeni Prezidenti Tufan Erhürmanın Türkiyəyə qarşıdakı səfəri zamanı müzakirə olunacağını açıqlayıb.

İsrail-Fələstin münaqişəsi zonasındakı vəziyyətlə bağlı Türkiyə lideri bildirib ki, Ankara Qəzza zolağının yenidən qurulmasına töhfə vermək üzrə atılacaq addımlar üzərində işləyir və fələstinlilərə humanitar yardım göstərməyə davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: