Belçikada keçirilən hərracda dünyanın ən bahalı göyərçini 1 milyon 252 min avroya satılıb.
NUHÇIXAN Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Armando adlı erkək göyərçin internet vasitəsi ilə keçirilən hərracda öz alıcısını tapıb.
Uzun məsafə üzrə yarışların çempionu olan 5 yaşlı poçt göyərçini çinli tərəfindən satın alınıb. Onun yeni sahibi dünyanın ən bahalı göyərçinini yarışa buraxmayacağını və ondan yalnız damazlıq məqsədilə istifadə edəcəyini bildirib.
Qeyd edək ki, 2017-ci ildə Belçikada keçirilən hərracda daha bir poçt göyərçini 400 min avroya satılmışdı.