Yaponiyada ABŞ Prezidentinin təhlükəsizliyini 18 min polis işçisi qoruyacaq

A- A A+

Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın oktyabrın 27-nə Yaponiyaya planlaşdırılan səfəri zamanı onun təhlükəsizliyini 18 min polis işçisi qoruyacaq.

NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə Tokionun polis departamenti açıqlama yayıb.

Yaponiya polisi ABŞ Prezidentinin təhlükəsizliyi üçün bir neçə gündür paytaxtda tərdbirlər görür. Belə ki, şəhərin müxtəlif yerlərində, o cümlədən ABŞ səfirliyinin ətrafında avtomobillər yoxlanılır. Təhlükəsizlik tədbirlərinə xüsusi təlim keçmiş itlər də cəlb olunub. Polis təhlükəsizlik tədbirləri çərçivəsində şübhəli şəxsləri və sosial mediadakı təhdid paylaşımlarını nəzarətdə saxlayır. Əhaliyə şübhəli hallar barədə polisə məlumat vermək tövsiyə olunub.

Prezident Donald Tramp Yaponiya impertarotu Naruhito və Baş nazir Sanae Takaiçi ilə görüşəcək.

Qeyd edək ki, bu, Donald Trampın prezident kimi Yaponiyaya 2-ci səfəridir. O, bundan əvvəl biirnci prezidentliyi dövründə, 2019-cu ildə Yaponiyada olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: