ABŞ Prezidenti Donald Tramp Yaponiyaya səfər edəcəyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, Birləşmiş Ştatların dövlət başçısı bu barədə məlumat verib.
“Gözəl Malayziyadan indicə ayrıldım. Böyük ticarət və nadir torpaq metalları ilə bağlı sövdələşmələrə nail oldum və ən əsası, dünən Tailand və Kamboca arasında sülh müqaviləsini imzaladım. Müharibəyə yox! Xilas edilən milyonlarla insanın həyatı. İndi isə Yaponiyaya yola düşürəm!”, – deyə Donald Tramp bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti oktyabrın 27-dən 29-dək Yaponiyada səfərdə olacaq. Səfər zamanı o, Yaponiyanın yeni Baş naziri Sanae Takaiti ilə danışıqlar aparacaq, həmçinin İmperator Naruhito ilə görüşəcək. Bu, Donald Trampın ikinci prezidentlik dövründə Yaponiyaya ilk səfəridir.
