Hindistanla Çin arasında 5 ildən sonra ilk birbaşa aviareys həyata keçirilib

A- A A+

Təxminən beş illik fasilədən sonra Hindistan və Çin arasında ilk birbaşa aviareys həyata keçirilib.

NUHÇIXAN xəbər verir ki, Hindistanın “IndiGo” aviaşirkətinə məxsus təyyarə bazar ertəsi səhər saatlarında Çinin cənubundakı Quançjou şəhərinə enib.

Qeyd edək ki, indiyədək Hindistandan Çinə və əks istiqamətə səfər edən sərnişinlər üçüncü ölkələr vasitəsilə uçmalı olurdular. İki ölkə arasında birbaşa aviareyslər əvvəlcə 2020-ci ildə koronavirus pandemiyası səbəbindən dayandırılmışdı. Ardınca Himalay bölgəsində sərhəd mübahisəsi səbəbindən Çin və Hindistan hərbçiləri arasında baş vermiş toqquşmalardan sonra fasilə siyasi səbəblərə görə uzadılmışdı.

Birbaşa uçuşların bərpası hazırda dünyanın ən çox əhalisi olan iki ölkəsi arasında münasibətlərin yaxşılaşmasının göstəricisi kimi qiymətləndirilir. Noyabrın əvvəlindən etibarən Şanxay–Dehli şəhərləri arasında da müntəzəm reyslərin həyata keçirilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: