Estoniya Ukraynaya 150 min avro ayıracaq

A- A A+

Estoniya qış qabağı Ukraynaya enerji sektorunun dəstəklənməsi üçün 150 min avro ayıracaq.

NUHÇIXAN-ın Ukrayna KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Kiyevdə ukraynalı həmkarı Andrey Sibiqa ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, daha əvvəl Estoniya Ukraynanın enerji sistemini dəstəkləmək üçün təxminən 700 min avro ayırıb: "Artıq soyuq havalar başlayıb, Rusiya isə enerji infrastrukturuna hücumlar edir".

Bundan əlavə, Sibiqa və Tsahkna 2027-ci ildə Ukraynanın bərpası üzrə Konvensiyanın qəbul edilməsinə dair qarşılıqlı anlaşma memorandumunu imzalayıblar.

"Biz Ukraynanın xarici işlər naziri ilə qarşılıqlı anlaşma memorandumu imzaladıq. Burada Estoniya 2027-ci ildə Ukraynanın bərpası üzrə konfransın Tallinndə keçirilməsinə hazırlığını və istəyini təsdiqləyib", - o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: