Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Trampın Yaponiyaya üçgünlük səfəri başlayıb.
NUHÇIXAN xəbər veriri ki, Prezident Tramp Asiya turu çərçivəsində oktyabrın 27-də Malayziyadan Tokioya gəlib. O, hava limanından helikopterlə iqamətgaha yola düşüb.
Oktyabrın 29-dək davam edəcək səfər çərçivəsində Prezident Donald Tramp Yaponiya İmperatoru Naruhito və Baş nazir Sanae Takaiçi ilə görüşəcək. Tərəflər Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsi və iqtisadi-ticari məsələləri, o cümlədən Yaponiyann ABŞ iqtisadiyyatına 550 milyard dollar sərmayə yatırması planını müzakirə edəəcklər.
Qeyd edək ki, bu, Donald Trampın prezident kimi Yaponiyaya 2-ci səfəridir. O, bundan əvvəl birinci prezidentliyi dövründə 2019-cu ildə Yaponiyada olub. Prezident Trampın təhlükəsizliyinin təminatına 18 min polis işçisi cəlb edilib.
