İstanbulda Pakistan ilə Əfqanıstan arasında danışıqlar davam edir

A- A A+

Əldə olunan atəşkəs razılaşmasından sonra Pakistan ilə Əfqanıstanın nümayəndə heyətləri İstanbulda bir araya gəliblər.

NUHÇIXAN xəbər verir ki, Əfqanıstan mətbuatında bununla bağlı yayılan xəbərlərdə İstanbulda baş tutan görüşdə tərəflərin bir çox məsələdə razılığa gəldiyi, digər məsələlər üzrə danışıqların davam etdiyi qeyd olunub.

Danışıqların gecə saatlarınadək davam edə biləcəyini və sonda tərəflərin birgə bəyanat yayacağı bildirilib. Birgə bəyanatda atəşkəsin müddətinin uzadılması, iki ölkə arasında yolların yenidən açılması, əsirlərin azad edilməsi, eləcə də növbəti görüşün yeri və vaxtı kimi məsələlərin yer alması gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: