Fransada Cənub-Şərq sürətli qatar xəttində sabotaj baş verib

A- A A+

Fransada Cənub-Şərq sürətli qatar xəttində yüzlərlə TGV (sürət qatarı) ləğv edilib.

NUHÇIXAN xəbər verir ki, Fransa Milli Dəmir Yolları (SNCF) saytında buna siqnalizasiya kabellərində baş vermiş yanğının səbəb olduğu bildirilib.

Bu gün səhər saatlarında Lyon və Avinyon arasında vandalizm aktı nəticəsində sürətli qatarların hərəkətində ciddi problemlər yaranıb. Nəqliyyat Nazirliyi bildirir ki, bu hadisə “SNCF Voyageurs”, “Trenitalia” və “Renfe” xətləri üzrə təxminən 100 TGV ya ləğv olunmasına və ya gecikməsinə səbəb olub.

Nəqliyyat naziri Filip Tabaro bildirib ki, siqnalizasiya və kommunikasiya kabellərinə qarşı qəsdən törədilən yanğın aktları aşkarlanıb. O, qeyd edib ki, sabotajın müəllifləri müəyyən ediləcək və ciddi cəzalandırılacaq.

Vurğulanıb ki, Valens və Lapalud arasında qatar hərəkəti müvəqqəti dayandırılıb. Artıq Paris-Marsel, Monpelye və Nitsa istiqamətlərində bir çox qatarlar ləğv edilib.

Bazar günü axşam saatlarında Bordo və Ajan arasında “Intercites” qatarında nasazlıq baş verib və sərnişinlər təxminən 5 saat yol qatarında qaldıqdan sonra digər qatarla daşınıblar. Nəticədə Cənub-Qərbdə bir neçə qatar ləğv olunub. Tuluz-Paris xətti üzrə sərnişinlər Monparnass stansiyasına 9 saat gecikmə ilə çatıb.

Fransa dəmir yolu sistemindəki bu pozuntular tətil dövründə sərnişinlər üçün ciddi narahatlıq yaradıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: