Polşa “Barracuda 500” raketləri istehsal edəcək

A- A A+

Polşanın PGZ müdafiə konserni (Polska Grupa Zbrojeniowa) ABŞ-ın “Anduril Industries” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə uyğun olaraq, Polşada ucuz “Barracuda 500” manevrli raket istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulur.

NUHÇIXAN onet.pl portalına istinadla xəbər verir ki, silah Amerika şirkəti tərəfindən hazırlanıb. “Bu gün imzalanmış saziş PGZ və “Anduril Industries” arasında əməkdaşlığın yalnız başlanğıcıdır”, - deyə Polşa konserninin bəyanatında bildirilir.

Açıq mənbələrdə yayılan məlumatlara görə, manevr edə bilən “Barracuda 500” ilk dəfə ötən ilin payızında Amerika şirkəti tərəfindən sınaqdan keçirilib. Döyüş başlığının çəkisi təxminən 50 kiloqram olan raket 900 kilometrdən çox uçuş məsafəsinə malikdir. Onun əsas üstünlüyü istehsal xərclərinin nisbətən aşağı olmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: