Ukrayna Qərbdən 250 yeni təyyarə almağı planlaşdırır

A- A A+

Kiyev F-16, “Gripen” və “Rafale” də daxil olmaqla, qərbdən 250-yə qədər yeni təyyarə almağı planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlərə açıqlaması zamanı Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda təyyarələrlə bağlı İsveç, Fransa və ABŞ ilə üç paralel müzakirə aparılır.

“Ukraynanın döyüş aviasiyasının gələcəyi üçün ümumi tələb 250 yeni təyyarədən ibarət donanmadır. Hazırda Ukrayna Silahlı Qüvvələri ABŞ-ın F-16 və Fransanın “Mirage” qırıcılarından istifadə edir”, - deyə Ukrayna lideri bildirib.

Oktyabrın 22-də İsveçin Baş naziri Ulf Kristersson Zelenski ilə müdafiə sahəsində anlaşma memorandumu imzalayıb. Stokholm Kiyevə 100-150 ədəd “JAS 39 Gripen E” döyüş təyyarəsi satmağı planlaşdırır. Kristersson qeyd edib ki, hazırkı istehsal yükü və tempi nəzərə alınarsa, bu modeldən olan ilk təyyarə üç il ərzində Ukraynaya çatdırıla bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: