Əvvəlcədən planlaşdırılmış cinayət sxemləri istifadə edilərək törədilmiş 105 dələduzluq epizodu üzrə Ermənistan İstintaq Komitəsində açılmış cinayət işinin ilkin istintaqı başa çatıb.
NUHÇIXAN yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Məlum olub ki, vətəndaş N.P. həm təkbaşına, həm də digər şəxslərlə birlikdə oğurluq törətmək üçün cinayətkar dələduzluq sxemləri hazırlayıb və həyata keçirib.
İstintaq Komitəsinin məlumatına görə, zərərçəkənlərdən oğurlanan pul vəsaitlərinin ümumi məbləği təxminən 10 milyon dram (26 milyon dollardan bir qədər çox) təşkil edib. N.P. barəsində dələduzluq əlamətləri ilə - 105 epizod üzrə cinayət işi açılıb, o, həbs edilib.
