Qazaxıstan Finlandiyanın atom elektrik stansiyalarına uran tədarükünə başlaya bilər

A- A A+

Qazaxıstan Finlandiyanın atom elektrik stansiyalarına uran tədarük edilməsi imkanını nəzərdən keçirir.

NUHÇIXAN qazax mediasına istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Atom Enerjisi Agentliyinin sədri Almasadam Satkaliyev bildirib.

Onun sözlərinə görə, Qazaxıstan beynəlxalq satış bazarlarını genişləndirməkdə maraqlıdır və tərəfdaşlara mütəmadi olaraq Qazaxıstan uranının alınması imkanını nəzərdən keçirməyi təklif edir.

Oktyabrın 28-də Finlandiya Prezidenti Aleksandr Stubbun dövlət başçısı qismində Qazaxıstana ilk rəsmi səfəri çərçivəsində qarşılanma mərasimi keçirilib.

“Bu səfər belə tədarüklərin həcmi və imkanları üzrə praktiki danışıqlar aparmaq üçün çox yaxşı fürsətdir”, – deyə Almasadam Satkaliyev sözlərini yekunlaşdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: