Keniyada təyyarə qəzası nəticəsində səkkiz macar və iki alman turist həlak olub

A- A A+

Keniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 11 nəfər - pilot və on turist həlak olub.

NUHÇIXAN “Spiegel” nərşrinə istinadla xəbər verir ki, turistlərdən ikisi Almaniya, səkkizi isə Macarıstan vətəndaşıdır. Pilot isə keniyalı olub.

Təyyarə sahil şəhəri Dianidən məşhur Masai Mara qoruğuna uçarkən qəzaya uğrayıb. Keniya Mülki Aviasiya İdarəsinin (KCAA) məlumatına görə, təyyarə səhər tezdən ölkənin cənubundakı Kvale bölgəsindən havaya qalxıb və qısa müddət sonra Mombasa sahil şəhərindən təxminən 40 kilometr aralıda yerə düşərək partlayıb.

Qəzanın səbəblərini müəyyən etmək üçün araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: