Media: Yaponiyanın Baş naziri və ÇXR sədri APEC çərçivəsində danışıqlar aparacaqlar

A- A A+

Yaponiyanın yeni Baş naziri Sanae Takaiti və ÇXR sədri Si Cinpin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) qarşıdan gələn sammiti çərçivəsində danışıqlar aparmaq niyyətindədirlər.

NUHÇIXAN xəbər verir ki, Kyodo agentliyi bu barədə Yaponiya hökumətindəki mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, danışıqlar oktyabrın 31-nə planlaşdırılıb.

Oktyabrın 28-də Yaponiyanın yeni xarici işlər naziri Tosimitsu Moteqi və onun çinli həmkarı Van İ arasında ilk telefon danışığı baş tutub. Yaponiya XİN-in məlumatına görə, tərəflər “ortaq strateji maraqlara əsaslanan qarşılıqlı faydalı münasibətləri” inkişaf etdirməyə və “konstruktiv və sabit münasibətlər” qurmağa sadiq olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, oktyabrın 21-də Yaponiyanın Baş naziri vəzifəsinin icrasına başlayan Sanae Takaiti ölkə tarixində bu vəzifəni tutan ilk qadındır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: