Çin bu il ilk dəfə ABŞ-dan soya paxlası idxal edir

A- A A+

Çinin “COFCO” dövlət şirkəti ABŞ-dan üç partiya soya paxlası alıb. Ölkə bu məhsulu ilk dəfədir ABŞ-dan alır. Bu razılaşma ABŞ Prezidenti Donald Tramp və Çin Xalq Respublikasının Sədri Si Cinpinin sammiti ərəfəsində baş verib.

NUHÇIXAN xəbər verir ki, iki ölkə arasında ticarət rüsumları ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda Çin tərəfindən idxalın dayandırılması amerikalı fermerlərə milyardlarla dollarlıq itki gətirib.

“COFCO” şirkətinin təxminən 180 min ton soya paxlasının tədarükünə dair müqaviləsi Çinin bir neçə ay ərzində bu tip ilk alışını təşkil etsə də, Cənubi Amerikadan həyata keçirilən iri həcmdə son alışlardan sonra ABŞ məhsullarına tələbatın əhəmiyyətli dərəcədə bərpası gözlənilmir”, – deyə “Reuters” agentliyi yazır.

Çikaqo birjasında soya paxlasına olan fyuçerslərin qiymətləri bu həftə son 15 ayın ən yüksək səviyyəsinə qalxıb. Qiymətlər son beş ilin minimum göstəricilərindən qalxaraq ABŞ-la Çin arasında ticarət razılaşması ilə bağlı ümidlər fonunda artım nümayiş etdirib.

ABŞ-da soya paxlasının əsas ixrac mövsümü adətən oktyabr-yanvar aylarını əhatə edir. Lakin bu il Çin Vaşinqtonla uzunmüddətli ticarət gərginliyi səbəbindən ABŞ-ın payız məhsulundan imtina edərək Cənubi Amerika təchizatçılarına üstünlük verib.

Soya paxlasının dünya idxalının 60 faizindən çoxu Çinin payına düşür və ölkə noyabr ayınadək Braziliya və Argentina məhsullarının bronlaşdırılmasını demək olar ki, tam başa çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: