Yaponiya müdafiə xərclərini artırır

A- A A+

Yaponiyanın müdafiə naziri Şinciro Koizumi amerikalı həmkarı Pit Heqset ilə Tokioda keçirdiyi görüşdə hökumətin ölkənin müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizi səviyyəsinə yüksəltməyi planlaşdırdığını deyib.

NUHÇIXAN Yaponiya mediasına istinadla xəbər verir ki, müdafiə xərclərinin artırılması qonşu ölkələrdən ola biləcək təhdidlərə cavab məqsədi daşıyır.

Şinciro Koizumi gələn il Yaponiyanın milli təhlükəsizlik strategiyasının, habelə 2 əsas müdafiə sənədinin yenilənəcəyini bildirib. Bu qərarlar xarici təhdidlərə qarşı ölkənin caydırıcılıq potensialını gücləndirəcək.

Nazirlər regionda təhlükəsizlik mühitinə dair fikir mübadiləsi aparıblar.

“Dünyanın ən böyük ittifaqı olan Yaponiya və Birləşmiş Ştatlar Hind-Sakit Okean regionunda sülh və sabitlik üçün üzərlərinə düşən vəzifəni yerinə yetirəcəklər”, - deyə Şinciro Koizumi bildirib.

Müdafiə nazirlərinin görüşü Yaponiyanın Baş nazir Sanae Takaiçi ilə ABŞ Prezidenti Donald Trampın Tokioda keçirilən ilk görüşündən bir gün sonraya təsadüf edir. Həmin görüşdə liderlər iki ölkənin müttəfiqlik münasibətlərinin yeni qızıl dövrünü qurmaq barədə bəyanatlar səsləndiriblər.

Qeyd edək ki, media ABŞ-ın qeyri-rəsmi formada Yaponiyadan müdafiə xərclərini ÜDM-in 3,5 faizi səviyyəsində çoxaltmasını istədiyini yazır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: