Rumıniyanın Braşov şəhərində ABŞ-la birgə iki tipli hərbi pilotsuz uçuş aparatı (PUA) — “Cuda” kəşfiyyat modeli və “Sirin” hücum modelinin istehsalına başlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə PUA istehsal şirkəti Carfil-in baş direktoru Mirça Petru Tanţeu məlumat verib.
İlkin mərhələdə “Cuda” və “Sirin” modellərinin istehsalına başlanacaq. “Sirin” modeli təxminən 15 kiloqram yaxın partlayıcı yük daşıma qabiliyyətinə malik olacaq. İl sonuna qədər zavodun 10 aparat istehsal edəcəyi gözlənilir.
Ümumilikdə zavodda yeddi tip PUA istehsal olunacaq və prototiplər artıq hazırlanma mərhələsindədir. İstehsalın maliyyə göstəriciləri hələ açıqlanmayıb.
Qeyd edək ki, Avropa İttifaqının hərbi investisiyaları sürətləndirmək üçün hazırladığı SAFE proqramı çərçivəsində Rumıniya 16,68 milyard avro vəsait alıb.
