ABŞ Estoniyadakı hərbi kontingentinin sayını azaltmaq fikrində deyil.
NUHÇIXAN xəbər verir ki, ERR dövlət teleradio kompaniyası bu barədə Baltikyanı respublikanın müdafiə naziri Hanno Pevkura istinadla məlumat yayıb. “Estoniyada yerləşdirilən ABŞ qoşunları ilə bağlı müsbət qərarımız var. Birləşmiş Ştatlar bizə əməkdaşlığımızın eyni səviyyədə davam edəcəyini bildirib. Mən bu əməkdaşlığı gücləndirməyə hazır olduğumuz barədə Vaşinqtona siqnal göndərdim”, - deyə ERR nazirdən sitat gətirib. Hanno Pevkurun sözlərinə görə, ABŞ Estoniyada qoşun saxlamağın zəruriliyini anlayır.
Qeyd edək ki, bir müddət öncə Rumıniyanın Müdafiə Nazirliyi ölkədəki ABŞ kontingentinin sayının 1700 nəfərdən 1000 nəfərədək azaldılacağını elan edib. Qurumun məlumatına əsasən, Birləşmiş Ştatlar Hind-Sakit okean regionuna daha çox diqqət yetirmək məqsədilə Avropadakı qoşunlarının sayını azaltmaq qərarına gəlib.
