Sudanın Əl-Faşir şəhərində 2000-dən çox mülki şəxs öldürülüb

A- A A+

Sudanda çevik reaksiya qüvvələrinin Əl-Faşir şəhərini zəbt etməsindən sonra 2000-dən çox mülki şəxs öldürülüb.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, humanitar yardım üzrə komissarın müavini Mona Nur əl-Dayem Port-Sudanda keçirdiyi mətbuat konfransında hadisəni “silahsız mülki şəxslərə qarşı soyqırımı” adlandırıb. O, silahlıların "xəstəxanalarda olan xəstələrə və yaralılara atəş açdığını" və qaçan mülki insanları təqib etdiyini bildirib.

Bu arada Sudan Həkimlər Şəbəkəsi könüllülər təşkilatı çevik reaksiya qüvvələrinin hücumları nəticəsində son üç gündə Əl-Faşirdə təxminən 1500 mülki şəxsin öldürüldüyünü, 2024-cü ilin mayında mühasirə başlayandan bəri ölənlərin ümumi sayının isə 14 mindən çox olduğunu açıqlayıb.

Xatırladaq ki, Sudan ordusu ilə çevik reaksiya qüvvələri arasında üçüncü ildir davam edən müharibə on minlərlə insanın həyatına son qoyub, milyonlarla insanı evlərindən didərgin salıb və ölkənin əksər hissəsini aclıq həddinə çatdırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: