Almaniya Yer Tədqiqatları Mərkəzinin (Potsdam) alimləri müəyyən ediblər ki, işıq çirklənməsi (işıq küyü, işıq smoqu) ekoloji sistemi pozur, yuxusuzluq, başağrısı, güclü əsəbilik, psixi problemlər yaradır. İşıq çirklənməsi istər bitkilərin, istərsə də heyvanların bioritmlərinə pis təsir göstərir.
NUHÇIXAN xəbər verir ki, mütəxəssislərin gəldiyi qənaətə görə, gecə saatlarında gur işıq yuxunu pozur, endokrin sisteminin fəaliyyətini tənzimləyən və qocalma prosesini zəiflədən hormonun – melaninin əmələ gəlməsinin qarşısını alır. Bu, hətta işıq yataq otağının, yaxud evin hüdudlarından kənarda olsa belə baş verir. Təəssüf ki, dünyada işıq çirklənməsinin qarşısını alan real proqramlar hələlik yoxdur. Bu da problemi ağırlaşdırır. Bircə bunu xatırlamaq kifayətdir: görəsən, şəhərdə olan zaman ulduzlar səpələnmiş gecə səmasını sonuncu dəfə nə vaxt görmüşük...