Rusiya Suriyadakı hakimiyyət dəyişikliyindən sonra ilk dəfə Latakiya əyalətindəki Hmeymim aviabazasına uçuşları bərpa edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi "Flightradar24" saytının məlumatlarına və Kremlə yaxın mənbəyə istinadən məlumat yayıb.
"Flightradar24"ün məlumatlarına görə, azı iki Rusiya təyyarəsi bazanın yerləşdiyi Suriyanın Latakiya şəhərinə uçub", - agentlik bildirib.
Xatırladaq ki, oktyabrın 15-də Rusiya və Suriya prezidentləri Vladimir Putin və Əhməd əş-Şəraa Kremldə danışıqlar aparıblar.
