Makronun reytinqi vəzifəyə başlamasından bəri ən aşağı səviyyəyə enib

A- A A+

Fransa Prezidenti Emmanuel Makronun reytinqi onun vəzifəyə başlamasından bəri ən aşağı səviyyəyə enib.

NUHÇIXAN “Le Figaro” nəşrinə istinadla xəbər verir ki, “Verian” kompaniyasının keçirdiyi sorğunun nəticələrinə görə, Makronun reytinqi ötən ay 16 faizdən 11 faizə düşüb. Sorğuya əsasən, hazırda respondentlərin 84 faizi Fransa liderinin fəaliyyətini mənfi qiymətləndirir, qalan 5 faiz isə cavab verməyə çətinlik çəkir.

Bu arada Baş nazir Sebastiyan Lekornunun bəyənilmə reytinqi son bir ayda 20 faizdən 26 faizə yüksəlib.

Tədqiqat, həmçinin göstərib ki, fransızların 45 faizi sağçı millətçi Milli Birlik partiyasının lideri Jordan Bardellanın qarşıdakı aylarda və illərdə mühüm siyasi rol oynamasını istəyir. Partiyanın parlament fraksiyasının rəhbəri Marin Le Pen bu siyahıda ikinci yerdədir və respondentlərin 40 faizi onu bəyənir. Fransanın sabiq Baş naziri və sağ mərkəzçi “Üfüqlər” Partiyasının sədri Eduar Filipp 30 faiz səslə üçüncü olub.

Sorğu oktyabrın 26-28-də yetkinlik yaşındakı min Fransa vətəndaşı arasında keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: