Almaniya Kansleri: Türkiyə ilə münasibətlərimizin potensialından daha səmərəli faydalanmalıyıq

A- A A+

Biz yeni bir geosiyasi mərhələyə qədəm qoyuruq. Buna görə strateji tərəfdaşlıqlarımızı daha da gücləndirməliyik. Türkiyə ilə münasibətlərimizin böyük potensialından daha səmərəli şəkildə faydalanmalıyıq. Bunu möhkəm bir əsas üzərində qurmaq imkanımız var.

NUHÇIXAN xəbər verir ki, bunu Türkiyədə rəsmi səfərdə olan Almaniya Kansleri Fridrix Merts X platformasındakı paylaşımında bildirib.

Qeyd edək ki, ötən gün axşam Türkiyəyə rəsmi səfər edən Kansler bu gün Anıtqəbirdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məzarını ziyarət edib.

Ankarada rəsmi qarşılanma mərasimindən sonra Kansler Fridrix Merts və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü başlayıb.

Qeyd edək ki, hər iki ölkə mediasında yer alan xəbərlərə əsasən, görüşdə “Eurofighter” döyüş təyyarələrinin satışı, Avropa İttifaqına üzvlük, iqtisadi və strateji əməkdaşlıq məsələləri müzakirə olunacaq. Kansler Fridrix Merts səfərdən əvvəl Almaniya ilə Türkiyəni xarici və təhlükəsizlik siyasəti məsələlərində, eləcə də miqrasiya, enerji və ticarət sahələrində xüsusi və çoxşaxəli münasibətlərin birləşdirdiyini ifadə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: