Tbilisidə səfərdə olan Ermənistanın Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin əməkdaşları Gürcüstanın Müdafiə Qüvvələrinin Hərbi Polis İdarəsində olublar.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı tərəflər hərbi polis sahəsində əməkdaşlıq imkanlarını, struktur xüsusiyyətlərini və fəaliyyət istiqamətlərini müzakirə ediblər.
Gürcüstan tərəfi qonaqlara Hərbi Polisin təşkilati strukturu, məqsəd və vəzifələri barədə məlumat verib.
Ermənistan nümayəndə heyəti, həmçinin Vaziani hərbi bazasında keçirilən nümayiş təlimini izləyib.
Səfərin məqsədi Gürcüstan və Ermənistanın Hərbi Polis strukturları arasında əməkdaşlığı genişləndirmək və təcrübə mübadiləsi aparmaqdır.
 
                                     
 