Gürcüstan iqtisadiyyatında 7,7 faiz artım qeydə alınıb

A- A A+

Cari ilin yanvar-sentyabr aylarında Gürcüstanda iqtisadi artım 7,7 faiz təşkil edib. Ölkənin valyuta ehtiyatları rekord həddə - 5,6 milyard dollara çatıb.

NUHÇIXAN xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında söyləyib.

Onun sözlərinə görə, iqtisadi inkişaf hökumətin fəaliyyətinin əsas prioritetlərindən biri olacaq.

Baş nazir bildirib ki, Beynəlxalq Valyuta Fondu (BVF) proqnozunu 7,2 faizə qədər artırıb.

“Lakin iqtisadi artımın sürəti göstərir ki, biz BVF-nin proqnozunu keçəcəyik. Ölkənin valyuta ehtiyatları artıq 5,6 milyard dollara yüksəlib. Bu da iqtisadiyyatın böyüməsinə kömək edəcək. Gələcəkdə də iqtisadiyyatın artımına maksimum diqqət yetirilməlidir və bu, hökumətimizin fəaliyyətinin əsas prioritetlərindən biri olacaq”, - deyə İrakli Kobaxidze bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: