Almaniya hökuməti Ermənistana dəstək üçün 152 milyon avro ayıracaq.
NUHÇIXAN yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Berlində Almaniya-Ermənistan hökumətlərarası komissiyasının yekunları üzrə bildirib.
Nazir bildirib ki, bütün bu vəsaitlər Ermənistanda kiçik və orta biznesin, bərpa olunan enerji və su təchizatı sistemlərinin inkişafına, eləcə də Ermənistan iqtisadiyyatının bir çox vacib məsələlərinin həllinə yönəldiləcək.
 
                                     
 